KepezTV Player
Rusiya Federasiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb. Rusiyanın FHN-in Dağlıq Qarabağdakı qrupunun rəhbəri Vadim Qarşin jurnalistlərə açıqlamasında bildirib ki, hərbi əməliyyatlar nəticəsində zərər çəkən sakinlərə sosial əhəmiyyətli obyektlərin, mənzillərin və obyektlərin bərpası üçün zəruri olan tikinti materialları gətirilib. Ümumi çəkisi 1200 tondan çox olan 54 vaqon humanitar yükün əhaliyə çatdırılması planlaşdırılır.
- Baxış: 162