• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 19.12.2020 11:45

Samux sakinindən narkotik vasitə aşkar edilib

KepezTV Player

Samuxda keçirilən əməliyyatla xeyli miqdarda marixuana dövriyyədən çıxarılıb. Saxlanılan şəxsi məhkumluq həyatı gözləyir.   

Əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi Samux rayonunun Köbər kəndində keçirib. Yerli sakin Taleh Məmmədov külli mqidarda narkotik vasitə ilə ələ keçib. Rayon ərazisində saxlanılaraq şöbəyə gətirilən şəxs yaşadığı ünvanda narkotik saxladığını etiraf edib.

Yunis Quliyev təhqiqatçı: Taleh Məmmədovun Samux rayonunun Köbər kəndində yaşadığı evdə əməliyyat keçirilib. Ona məxsus fərdi  yaşayış evinin tövləsindən 4 kiloqram 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Taleh Məmmədov narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Marixuananın müalicəvi əhəmiyyətindən ağız dolusu danışaraq narkotik vasitələrindən baş ağırlarını sakitləşdirmək üçün  istifafadə etdiyini deyib.

Taleh Məmmədov saxlanılan şəxs: Kür qırağı sahildən yığmışam. Quru halda yığdım. Qaynadıb suyunu qəbul edirəm. Məndə damar tutulması var. Həftədə bir dəfə suyunu içəndə rahatlaşıram.

Taleh Məmmədovu qaynadıb suyunu içdiyi narkotik vasitəyə görə daha bir neçə il məhkumluq həyatı gözləyir.

Natiq Hüseyn