• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 16.12.2020 19:44

Gəncəli məşqçi koronavirusa yoluxub

KepezTV Player

“Keşlə” futbol klubunun baş məşqçisi, gəncəli mütəxəssis Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub. Testi pozitiv çıxan təcrübəli mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Bu isə o deməkdir ki, Hüseynov Premyer Liqada ilin son iki turunda “Səbail” və “Neftçi” ilə matçlarda texniki zonadakı yerini tuta bilməyəcək. Gəncə futbol məktəbinin yetirməsi olan 55 yaşlı çalışdırıcı 3 mövsüm öncə Premyer Liqada çıxış edən "Kəpəz"in baş məşqçisi olub. Yunis Hüseynovdan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və "Neftçi”li həmkarı Samir Abasov koronavirusa yoluxub.