• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 14.12.2020 19:29

"Kəpəz" heç-heçə oynadı

KepezTV Player

Futbol üzrə I Divizionda X turun oyunları keçirilib. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Sabah-2” komandasını qəbul edib. Liderlər sırasında yer alan rəqiblə görüşdə meydan sahibləri 3 xalı hədəfləyib. Qələbə turnir cədvəlində orta mövqelərdə olan “sarı-göylər”i üst sıralara daşıyacaqdı. Elə bu istəklə irəli atılan “Kəpəz” ikinci hissədə rəqib qapısı önündə daha təhlükəli hücumlar yaradıb. Gəncə klubunun hücumçu Tural Qürbətov 5 epizodda fərqlənməyə yaxın olub. Amma bakılıların qapıçısı yerində inamlı çıxış edərək hər dəfə komandasını real qoldan xilas edib. Və onun da fədakarlığı sayəsində görüşdə hesab dəyişməz qalıb - 0:0. Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “Kəpəz” 6-cı pillədə qərarlaşıb.