KepezTV Player
Dünən saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 36 yaşlı Əhmədov Toğrul Vilayət oğlu və 30 yaşlı Məmmədov Elçin Qanboy oğlu Ağdam rayonunun Şahbulaq kəndində piyada əleyhinə minaya düşüblər. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunan ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.
- Baxış: 164