• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 14.12.2020 11:26

Oğurluq edənlərdən biri narkoman çıxdı

KepezTV Player

Gəncədə bir neçə oğurluq faktının üstü açılıb. Oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Onların birinin üzərindən narkotik vasitə də aşkarlanıb.

Üzərində narkotik vasitə tapılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş  40 yaşlı Qəhrəman Qəhrəmanovdur. Kəpəz rayon Polis İdarəsində aparılan axtarış zamanı ondan 2 qram “heroin”, yaşadığı evdən isə 1 qram maye halında “heroin”, 1 ədəd kibrit qutusunda toz halında çəkisi 3.45 qram “heroin” və 0.77 qram “metofetamin” aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlər nəticəsində onun cinayət törətdiyi də müəyən edilib və oğurladığı əşyaların bir qismi yaşdığı ünavandan maddi sübut kimi götürülüb.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Məlum olub ki, o qonşusuna məxsus fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan 10.000 manat nağd pul və 5.000 manat dəyərində geyim və ev əşyalarını oğurlayıb.

Qəhrəman Qəhrəmanov xeyli müddətdir narkotik aludəçisi olduğunu gizlətməyib və oğurluq etdiyini də etiraf edib.

Qəhrəman Qəhrəmanov saxlanılan şəxs Narkotiklə məni saxladılar. Özüm istifadəçisiyəm. İki üç ildir narkotik vururam. Gətirdilər Polis Idarəsinə, orada da etiraf elədim ki, mən qonşunun evinə iki üç dəfə girib müəyyən əşyalar götürmüşəm. Yəni yüngül bir şeylər olub. Əməlimdən də peşmanam.

Kəpəz Polisi rayon ərazisində baş verən digər analoji faktın da üstünü açıb. Noyabrın 27-də  ticarət mərkəzlərinin birindən 10.000 manat dəyərində müxtəlif geyim əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Razi Rzayev saxlanılıb. İlkin dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib.

Razi Rzayev saxlanılan şəxs Yoldan keçirdim gördüm boşdur giridim götürdüm. Aparıb satdım. Heçnə 1500-2000 manata verdim getdim. Ehtiyacım var idi.

Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Natiq Hüseyn