• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 13.12.2020 20:01

Xəstəliyin insan orqanizminə təsirləri

KepezTV Player

Pandemiya. Son 1 ilə yaxın müddətdir ki, eşitdiyimiz və yaşadığımız hal. Kimisi koronavirus adlı xəstəliyin yaratdığı bu vəziyyəti ciddiyə alaraq qorunma tədbirlərinə ciddi əməl edir, kimisi isə səthi mövqe sərgiləyir. Amma tələblərə əməl edilməklə pandemiyanı leksikonumuzdan uzaqlaşdıra, sağlam həyat yaşaya bilərik.

Məlum olduğu kimi artıq 1 ilə yaxındır ki, koronavirus pandemiyasıyla mübarizə aparırıq. Covid-19 kimi tanınan bu xəstəlik, insan sağlamlığına ciddi ziyan vurmaqla, ölümə də səbəb olur. Virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə özünü hətta burun tutulması, burun axması, faringit və ya ishal kimi əlmətlərlə biruzə verir. Və belə olan halda bunun mövsümi qrip və ya koronavirus olmasını ayırd etməkdə çaşqınlıq yaşanır.

Gündəlik yoluxma statistikasının yaratdığı mənzərə virusun qeyb olmadığını və ondan qorunmağın vacibliyini bir daha təsdiqləyir. Belə olan halda evdən bayıra çıxarkən nə kimi qorunma tədbirlərini həyata keçiririk, ümumiyyətlə qoyulan qaydalara tam şəkildə əməl edirikmi?

Bir çox xəstəliklrin psixoloji təsiri olduğu kimi koronavirus pandemiyası da bu baxımdan təsirsiz ötüşmür. Virusun yayılmamasına görə tətbiq olunan uzunmüddətli karantin rejimi, adət etmədiyimiz ictimai qadağalar bəzilərində psixoloji təsirlərə də yol açır. Hətta Covid 19-a yoluxanlar və bu xəstəlikdən sağalanlar da bu baxımdan istisna deyil.

İnsanlarin ölümcül xəstəliyə qarşı biganə qalmaması, virusa yoluxmamaq üçün əllərindən gələni etməsi sevindirməyə bilməz. Virusu özümüzdən uzaq tutmaqla onun yaratdığı psixoloji təsirlərindən də rahatlıqla qurtula bilərik. Tələblərə əməl etməklə koronavirusla mübarizədə də qalib ola bilərik.