• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 13.12.2020 19:35

Ekspress testlərin istifadəsindən imtina olunub – TƏBİB

KepezTV Player

Ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi Peçeer testləri ilə müqayisədə zəifdir.TƏBİB-in məlumatına görə, Azərbaycan da bu testləri sınaqdan keçirib.

Məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi Peçeer testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib. Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir.