• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1995
— 13.12.2020 20:10

Vətən müharibəsi şəhidlərinin xatirəsinə 2783 ağac əkilib

KepezTV Player

Zəfərlə başa çatan Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Gəncədə ağacəkmə aksiyası keçirilib. Aksiya şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşıb.

Heydər Əliyev park-kompleksində Gənclər Evinin qarşısında keçirilən aksiyada şəhər rəhbərliyi, millət vəkilləri, Türkiyənin Gəncədəki konsulluğunun əməkdaşları, idarə və müəssisələrin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və könüllülər iştirak edib.

Aksiyada müharibə zamanı şəhid olan Vətən övladlarının sayına görə simvolik olaraq 2783 ağac əkilib.

Ağaclar Heydər Əliyev park-kompleksində 3 hektar torpaq ərazisi müvafiq təmizləmə işlərindən əkin üçün hazır hala gətirilib. Ərazidə Eldar şamı, kipariz, sərf və digər həmişəyaşıl ağaclar əkilib. Yeni əkilən ağaclar suvarma sistemi ilə təmin olunub.

Ağac əkmək, təbiətlə təmasda olmaq əvəzsiz hisslər yaşadır deyirlər. Salınan yaşıllıq da şəhidlərin xatirəsinə ehtiram əlaməti daşıyırsa, deməli, insan gördüyü işdən daha çox zövq almalıdır.