• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 12.12.2020 16:23

Fransa vətəndaşları ilə bağlı istintaqa başlayıb

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən aparılan işlər nəticəsində İkinci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlarda iştirak edən erməni mənşəli Fransa vətəndaşları tərəfindən törədilən hərbi cinayətlərin araşdırılmasına başlanılıb. Bu barədə siyasi elmlər namizədi və Yaxın Şərq üzrə tədqiqatçı Sebastiyan Bussuanın məqaləsində deyilir. Qeyd olunur ki, qanunsuz olaraq erməni bayrağı altında döyüşlərdə iştirak edən silahlıların Fransaya qayıtdıqdan sonra cəzasız qalması həm də Fransanın özünü də təhlükəyə atır. Məqalə müəllifinin sözlərinə görə, məhz buna görə Azərbaycanın Fransadakı səfirliyi bu yaxınlarda Dağlıq Qarabağda erməni əsilli Fransa vətəndaşları tərəfindən törədilən müharibə cinayətlərinin araşdırılmasına başlamaq üçün Fransa ədliyyə sisteminə gərəkli dəlilləri təqdim edib. Fransa məhkəmə sistemi ilkin istintaqa başlayıb. Hazırda polis İrəvandan Fransaya gələn bütün sərnişinləri bölgədə qalma səbəblərini operativ qaydada öyrənmək üçün yoxlayır.