• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 12.12.2020 10:30

NASA Aya gedəcək heyəti açıqladı

2024-cü ildə Aya gedəcək heyətdə doqquz qadın və doqquz kişi olmaqla, ümumilikdə 18 astronavt var.
NASA-nın verdiyi açıqlamaya görə, bütün heyət üzvləri Ay səthinə uçuşlara qatılmayacaq, ancaq hər zaman vəzifə üçün hazır olacaqlar. Təxminən üç ildir işləyən "Artemis" layihəsində 2021-ci ildə pilotsuz uçuşlar, 2023 və 2024-cü illərdə isə pilotlu uçuşlar planlaşdırılır. Cosef Vonder, Kayla Barron, Raja Çari, Matteo Dominik, Victor Glover, Varren Hoburq, Conni Kim, Kristina Koç, Kjell Lindqren, Nikol A Mann, Anne MakKleyn, Cessika Meyer, Jasmin Moqbeli, Keyt Rubins, Frank Rubio, Skott Tinql, Cesika Vatkins, Stefani Vilson heyətə daxildirlər.
ABŞ Prezidenti Donald Tramp NASA-ya 1,6 milyard dollarlıq əlavə büdcə ayırdığını deyib.