KepezTV Player
Suqovuşanda elektrik stansiyaları bərpa edilir. “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarından birinin gücü 4,8 digərinin gücü isə 3 Meqavatdır. Su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar erməni qəsbkarları tərəfindən zədələnib və ya sıradan çıxarılıb. Hazırda qurğulara dəyən ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. İşlər 3 ay müddətində həyata keçirilərək və elektrik stansiyaları istismara veriləcək.
- Baxış: 169