• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 05.12.2020 11:50

Partlayış baş verib, 1 nəfər yaralanıb

KepezTV Player

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı Cəlal Qurbanov xəsarət alıb və Gəncə şəhər TTYX-nin reanimasiya şöbəsinə gətirilib, vəziyyəti orta-ağırdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.