• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 04.12.2020 18:52

"Qarabağ- igidlər" muzeyi

KepezTV Player

Bəli, bu gün Azərbaycanın hər bölgəsində şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.Bu onların xatirəsinə olan hörmətin, ehtiramın bir göstəricisidir. Növbəti sujetimizin qəhramanı isə şəxsi evini Qarabağ şəhidləri və qazilərinin xatirəsinə ev muzeyi edən, Elnarə Tağıyevadır...

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,

Şəhidlər gedən yolu tufanlar bağlamazlar.

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Bəli şəhidlər ölmürlər onlar hər zaman qəlbimizdə yaşayırlar. Hər kəs onların xatirəsinə olan hörmətini bir başqa ifadə edir. Mən ailələrindən reportaj hazırlayaraq təskinlik tapıram, kimisi məzarlarını ziyarət edərək. Gəncə şəhər sakini Elnarə xanım isə evini Şəhidlərə ev muzeyi edərək, onlara olan hörmətini ifadə edir.

Qonağı olduğumuz xanım bizi eksponatlarla tanış edəndə hər biri haqqında ayrı ayrı məlumat verdi. Bu ev muzeyini, ziyarət eləsəz, burada Mübariz İbrahimovun papağını, saçının tükünə qədər şəhid olan zaman əsgərlərlərimizin cibindən çıxan qanlı pulları da görə bilərsiz. Elnarə Tağıyeva demək olar ki, Azərbaycanın hər bir bölgəsinə gedir, şəhid ailələri ilə görüşür, şəhidlərin şəxsi əşyalarından birini muzeyə eksponat kimi gətirir.

Bu muzeyə şagirdlər, tələbələr, jurnalistlər bir sözlə hər kəs gəlir. Qazilərimizin şəkilləri isə, 2 formada asılır. Birinci sağlam, ikinci isə erməni gülləsinə tuş gəldikdən sonra. Elnarə xanım deyir ki, burada məqsəd azyaşlılara əyani formada erməni vəhşiliyini görsətməkdir....Şəhid ailələri gəlib öz yaxınlarının əşyasını muzeydə görəndə isə fəqli hisslər keçirirlər. Axı hər bir şəhid, bir ananın övladı, bir bacının qardaşı, bir ailənin başçısıdır.

Üzərinə ünvan, ad, ürək sözləri yazılan siqaretlər, cib daraqları, təsbeh, qol saatı, hərbi geyimlər, papaqlar, çəkmələr daha nələr yoxdu ki, bu muzeydə. Yazılarda “Biz səni azad edəcəyik”, “Ən böyük arzum 3 rəngli bayrağı Qarabağ torpağında asmaqdır”, “Arzum budur ki, bu siqareti torpaqlar alınanda geri qaytarasız” kimi sözlərə rast gəlinir. Onlar ölməzlik zirvəsini fəth etmək üçün kimlərdən, nələrdən vazgeçdilər görəsən? Övladının bircə telinə qıymayan anadanmı? Vüqarlı atadanmı? Əllərinin istisi əllərindən getməyən nazlı yardanmı? Yoxsa ata kəliməsinə həsrət qalacaq övladlardanmı? Onlar hər şeydən vazgeçdilər, bircə vətəndən başqa... Bu gün bizim şəhidlərimizin ruhu şaddır.

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur. Şəhidlərimizin qanı bahasına bu gün Azərbaycan öz şanlı tarixini yazdı. 30 ildən sonra biz Şəhidlər xiyabanına başı dik gəldik, 30 ildən sonra ilk dəfədirki, şəhidlərimiz məzarlarında rahat uyuyur. Çünki işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. 2783 şəhidimn ruhu qarşısında 10 milyon insan baş əyir.Qarabağdan reportaj hazırlamaq ümidi illə Nərgiz Əhmədqızı,