• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 04.12.2020 16:32

4267 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 797 026 test aparılıb.