• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 04.12.2020 12:19

Qəhrəmanlarımızın xatirəsi sükutla yad edildi

KepezTV Player

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Şəmkir rayonunda da bir dəqiqəlik sükutla yad edilib. İnsanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Anım gününün ikonası olan Şuşanın rəmzi sayılan “Xarı Bülbül”ün görüntüləri rayonun müxtəlif ərazilərində əks olunub.

Şəhidlərimizin əziz xatirəsi Tovuzda da sükutla yad edilib. Ölkəmizin hər yerində olduğu kimi bu rayonda da avtomobillər və piyadalar hərəkətini dayandırıb. Siqnallardan istifadə edilməklə rayon sakinləri şəhidlərin ölməz xatirəsəni anıblar. Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə Allahdan şəfa dilənib. Qarşıya qoyulan vəzifələrin icrasında Müzəffər ordumuza bundan sonra da uğurlar arzulanıb.

Gəncədə yaşayan kəlbəcərlilər də şəhidlərin xatirəsini anılıb, ruhuna dualar oxunub. 44 günlük vətən müharibəsində hərb meydanında böyük şücaət göstərərən hərbçilərimizin şücaətindən danışılıb. Tarix yazan Silahlı Qüvvələrimizin 2783 qulluqçusunun şəhid olduğu xatırladılıb. Şəhidlərinin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Birinci Qarabağ müharibəsində şəhid olan kəlbəcərlilərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri düzülüb.