• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 03.12.2020 20:46

Çempionun ucaltmaq istədiyi bayraq

KepezTV Player

İkinci Qarabağ Müharibəsinə yollanmazdan əvvəl idmançı kimi ölkəmizin bayrağını beynəlxalq arenda dalağalandırmaq olub ümdə vəzifəsi. Ancaq başlayan Vətən müharibəsi rinqin cəbhəylə əvəzlənməsini labüd etdi Qurban Qəzənfərli üçün. Şəmkirli çempionun qəhrənamlığından danışacağıq qarşıdakı sujetdə.

Şəmkirin Ağlavaşlı kəndində dünyaya göz açmışdı Qurban Qəzənfərli. Məktəb illərində kikboksinq və boks məşğul olması artıq 23 yaşında dəfələrlə respublika yarışlarının mükafatçısı olmasına əsas yaratmışdı. Amma uşaqlıqdan idmançı olmaq istəyən Qurbanın taleyi hərbçi peşəsi ilə bağlanıb.

Qinyaz Məhərrəmov şəhidin atası:Dedi mən hərbiyə müharibəyə görə gedirəm. Bilirəm gec-tez müharibə olacaq. Ölkəmizdən ziyanverici parazitləri qırıb çıxartmalıyıq. Ordumuzun qələbə xəbərini eşidən çox sevindim. Mənə bir təsəlli oldu.

Yayda ermənilərin Tovuzda törətdiyi təxribata susqun qalmayan Qurban Səfərbərlik Xidmətinin rayon şöbəsinə müraciət edir. Sentyabrın 8-də isə müddətdən artıq hərbi qulluqcu kimi ordu sıralarına cəlb edilir. Hərbi əməliyyatlar dövründə Murovdağ uğurnda gedən döyüşlərdə düşmənə layiqli müqavimət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ruxsarə Kazımova şəhidin anası:Dedi yaxşı torpağı mən qorumuyum, o qorumasın bəs kim qorusun. Mən getməliyəm, dedim, onda uğur olsun get. 29-u günü şəhid olub, bir gün ondan öncə zəng etmişdi. 28-i günü zəng etdi, dedi, anamın səsini eşitmək istəyirəm. Danışdım, dedim anan ölsün sən bir az çılğınsan özünü qoru. Dedi ana uşaqlı valideynləri qoymuram qabğa getməyə. Deyirəm sizin balalarınız var. Amma mən subayam qoy şəhid olsam da mən olum. Sizə heç nə olmasın. Dostdan ötrü canından keçən oğlan idi.

İstər şəhidin təhsil aldığı məktəbin kollektivi, istərsə də digər kənd sakinləri Qurbanı qorxmaz və cəsur gənc kimi xatırlayırlar. Bunun nəticəsidir ki, kənddə şəhidlərin xatirəsinə abidə ucaldılıb.

Maarifə Qasımova Ağlavaşlı kənd tam orta məktəbin direktoru:Nə deyirdin deyirdi baş üstə. Başqa uşağı buyuranda da deyirdi məni göndər mən gedim. Çox qoçaq uşaq idi. Kənddə elə adam olmaz ki, Qurbanın onunla münasibəti taraz olmasın. Hamı ilə münasibəti var. Bu ailə ümumiyyətlə uşaqlarını çox sərbəst böyüdüb. Uşağın hər bir fikrinə başüstə deyirlər.

Elmir Musayev sakin:Şəxsən Qurban yaşca bizdən kiçik olsa da keçdiyi həyat yolunda müəyyən bir qism bizimlə birlikdə çalışdı. O insan həm fiziki cəhətdən idmanla məşğul olan, həm uzaqgörən alicənab bir kənd uşağı idi.

İndi Şəmkirin idmançı çepmpionu ilə hamı fəxr edir. Çünki onun beynəlxalq arenda dalğalandırmaq istədiyi bayrağımız indi işğaldan azad olunan ərazilərdə dalğalanır.