• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 02.12.2020 12:13

İri şəhərlərdən Qarabağa sərnişindaşıma təşkil ediləcək

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə inşa ediləcək kənd və qəsəbələrə sərnişindaşıma marşrutunun təşkili məsələsinə aydınlıq gətirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən marşrut xətləri açılacaq. Həmçinin paytaxt və digər şəhərləri, o cümlədən Gəncəni həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm sərnişindaşıma marşrutu təşkil ediləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidməti təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlayır.