• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 01.12.2020 20:32

Vətəndaşlara pulsuz tibbi maska paylanıldı

KepezTV Player

Koronavirus pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi məqəsidi ilə Gəncədə könüllü gənclər fəaliyyələtlərini davam etdirir. Gənclər şəhərdə pulsuz tibbi maska paylamaqla vətəndaşları sağlamlıqlarını qorumağa çağırıblar.

Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının birgə təşəbbüsü ilə əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını ödəmək üçün aksiyaya başlanılıb. Tibbi maskalar sakinlərə təmənnasız paylanılıb. Vətəndaşlarla profalkatiki söhbətlər aparılır, özləri və yaxınlarının sağlamlığını qorumaq üçün tibbi maskadan düzgün istifadənin vacibliyi vurğulanıb.

Kamran Abbasov YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyinin sədri:Koronavirusla bağlı insanları maarifləndirməyə çalşırıq. İnsanlara maskalar payalyırıq. Çalışdığımız qədər məsləhət görürük ki, maskadan istifadə etsinlər ara məsafəsini gözləsinlər. Biz virusdan özümüzü qorumaqla demək ailəmizi qorumuş oluruq. Bu gündə mən hər kəsi ara məsafəsini gözləməyə tibbi maskadan istifadə etməyə çağırıram.

Aksiya çərçivəsində gənc könüllülər xüsusi plakatlar vasitəsi ilə vətəndaları tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırıblar.

Sevindirici haldır ki, müşahidələr zamanı şəhər sakinləri arasında tibbi maskadan istifadə etməyən çox az sayda vətəndaşa rast gəlinib. Bu isə ondan xəbər verir ki, istər yerli sakinlər, istərsə də şəhərimizin qonaqları koronavirusun acı nəticələrini anlayırlar.

Əli Tağıyev könüllü:Hər kəs vəziyyəti anlayır. Dövlətimizə səhiyyə işçilərimizə yardım etmək istəyir. Öz sağlamlıqlarını öz ailələrini qorumaq üçün maska taxırlar. Məncə belə də olmalıdır. Çünki insan özünü və əzizlərini düşünməlidir.

Bu kimi aksiyalar növbəti günlərdə şəhərin müxtəlif ərazilərində davam etdiriləcək. Ehtiyacı olanlara pulsuz tibbi maska paylanılacaq.