• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 01.12.2020 21:17

İşğal altına düşən Laçının strateji əhəmiyyəti

KepezTV Player

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını qaytardı. Laçıın rayonunun qaytarılmasının timsalında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli bəyanatının bəndlərin daha biri icra edildi. Xalqa müraciətində prezident İlham Əliyev Laçının təbiəti, iqtisadi potensialı, mədəni və təbii sərvətləri haqqında danışıb, rayonunun strateji əhəmiyyətini şərh edib.

Laçın rayonu Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və torpaqlarımızın işğalı asanlaşdı.

Razılaşdırılan "10 noyabr" bəyanatı və detalları

Prezident İlham Əliyev çıxışında danışıqlar dövründə Azərbaycanın prinsipiallıq və iradə nümayiş etdirdiyinə, milli maraqların qətiyyətlə müdafiə olunduğuna diqqət çəkib. Eləcə də 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələr aparıldığını açıqlayıb.

Dövlət başçısı noyabrın 10-da imzalanan Bəyanatın bəzi bəndlərini detallı şəkildə izah edib.

Məhv edilən Ermənistan ordusu

Azərbaycanın gücü, potensialı və strateji yanaşmasının bölgədə yeni reallıq yaratdığı və hər kəsi bu reallıqlarla barışmasının vacibliyinə də toxunub dövlət başçısı. Azərbaycanın işğaldan azad edilən ərazilərinin inkişafından, bölgənin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyindən, Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni perspektivlərin açılacağını deyib. Prezident müharibə dövründə Ermənistan ordusunun məhv edildiyini də açıqlayıb.

Ermənistanı artıq beynəlxalq münasibətlərin subyekti deyil, obyekti kimi dəyərləndirən dövlət başçısı Azərbaycan üçün yeni dövrün başlandığını da sözlərinə əlavə edib.