• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 01.12.2020 09:28

Azərbaycan Ordusu Laçındadır

KepezTV Player

Bu gün Laçın rayonu Ermənistan silahlı qüvvələrindən təmizlənərək Azərbaycana təhvil verilib. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal zamanı Laçın 264 şəhid verib. 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Laçının 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək olan 24374 uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynini itirib. İşğal zamanı Laçına 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün kimi məskunlaşıb.