• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 30.11.2020 12:15

Vitt Hem - Qarabağ” restoranı yandırılıb

KepezTV Player

İsveçdə fəaliyyət göstərən azərbaycanlı iş adamına məxsus “Vitt Hem - Qarabağ” restoranı yandırlıb. Sahibinin sözlərinə görə, Göteborq şəhərində yeni açılışı olan restorana gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən “molotov kokteyli” atılıb. Ona hadisə barədə polis gecə saatlarında məlumat verib və dərhal əraziyə gəlib. Yanğınsöndürənlər və polis restoranın qəsdən yandırılmasından şübhələnirlər. Hadisənin ermənilər tərəfindən törədildiyi güman edilir. Göteborq şəhər polisinin yaydığı ilkin məlumata əsasən yanğına restoranın içinə atılan şübhəli maddə səbəb olub. Yanğından sonra küçə nəqliyyatın hərəkətinə bağlanıb. Polis ətrafdakı müşahidə kameralarının yoxlanılmasına başlayıb. Cinayət işi açılıb, müvafiq araşdırmalar aparılır.