• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2523
— 28.11.2020 18:32

Qalib əsgər evinə dönüb

KepezTV Player

Bu gün onlar Qarabağımızı azad edən qalib əsgər kimi də yaxınlarının, əzizlərinin yanına qayıdırlar. Alınları açıq, üzləri ağ. Hər kəs də bu qalib əsgərləri sevinclə qarşılayır. Onlardan biri də Gəncənin igidlərindəndir.

Hər kəsin gözləri yolda, qulaqları səsdə. Vətən müharibəsindən qayıdan qalib əsgərlərini gözləyir bu insanlar. Budur bayraqlarla bəzədilən avtomobil karvanında Qalib ordunun əsgəri gəlir və hər kəs də alqışlarla qarşılayır bu igid oğulu.

25 yaşlı Həsən Qasımov vətən müharibəsinə sentyabırın 28-dən qatılıb. O, ilk günlərdən döyüş meydanında böyük qəhrəmanlıq, şücaət göstərir. Ermənilərin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edir. Döyüşlərin birində sinəsindən yaralanan Həsən Qasımov iki gün  döyüş meydanını tərk etmir, döyüş yoldaşları ilə düşmənə ağır zərbələr endirir.

Həsən Qasımov qazi:Döyüşümüz Fizulidən başladı, Laçın istiqamətində getdi sonra isə Xocavəndə oldu. Son döyüşüm orada oldu və ayın 8 yaralandım. Bu gün qalib kimi gəlmişik. Sevincimin həddi-hidudu yoxdur. Şükür Allaha Qarabağımız azad olunub. Şəhidlərə Allah rəhmət etsin, qazilərə də can sağlığı versin.

Qazinin atası da döyüşlərdə iştirak edib. Namiq Qasımov Qarabağın işğal altına düşməməsi uğrunda mübarizə aparıb. 1992-94-cü illərdə vuruşub və ikinci qrup Qarabağ əlilidir. Onun yarımçıq qoyduğu işi isə bu gün oğlu başa çatdırıb.

Namiq Qasımov qazinin atası:İkinci qrup Qarabağ qazisiyəm. Allaha min şükür, bizim edə bilmədiklərimizi oğullarımız yerinə yetirdi. Başımız dik, üzmüz ağ vətən qarşısında borcumuzu vermişik. Şükür bu gün Azərbaycan azaddır, Qarabağ bizimdir. Allah dövlətimizə, millətimizə kömək olsun.

Arif Cabbarov Qarabağ qazisi:Dövlərimizə, ali baş komandanımıza minnətdaram. Bu mənfur düşmənlərin üzərində elə qələbə çalındı ki, bu əvəzsizdi. Bu xalqın bir dənədə fərarisi olmadı. Ancaq özləri də boyunlarına aldı ki, 10 min erməni ordusunun zabiti, əsgəri fərari oldu. Prezidentimiz demiş iti qovan kimi qovduq.

Artıq 30 illik torpaq, vətən həsrətinə son qoyulub. İşğal altındakı torpaqları müzəffər ordumuzun məğrur əsgərləmiz azad edib.

Elnur Vahidoğlu