• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 28.11.2020 16:41

Diplomatlar və "Qarabağ" klubu Tərtər və Ağdamda

KepezTV Player

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və "Qarabağ" futbol komandası Tərtər və Ağdama səfər edib. Əvvəlcə Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələri ilə yerində tanış olublar. Hikmət Hacıyev bildirib ki, oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olunub ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmayıb. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırılıb. Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da,bu kimi cinayət əməllərinə görə cavab verməlidir. Tərtər RİH-in başçısı Müstəqim Məmmədov deyib ki, ermənilər bilərəkdən mülki əhalinin sıx yaşadıqları məntəqələri atəşə tutublar.

Diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri daha sonra Ermənistanın işğalından azad olunmuş Ağdama səfər ediblər. Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar. 

"Qarabağ" klubunun oyunçuları təmsil etdikləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.