• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 24.11.2020 16:02

"Qalatasaray"ın oyununda şəhidlərimiz yad olunacaq

KepezTV Player

Türkiyənin "Qalatasaray" klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.İstanbul təmsilçisi rəsmi tvitter hesabında bunları yazıb: "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray" bayrağıda asın" deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. "Qalatasaray"lılıq ölməz".Klubun oyunlarının birində Fərid Dursunov və onun kimi Qarabağ savaşında canından keçmiş "cim-bom" azarkeşi Murad Məmmədov yad ediləcək. Məmmədov yayılan səs yazısında "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək" ifadələrini işlədib.