• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 23.11.2020 15:58

10 kiloqrama yaxın narkotik aşkarlandı

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar davam etdirilir. Keçirilən növbəti tədbirlər zamanı 10 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bakı şəhər sakini Günel Abdullayevanın üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq qadının Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Rayon ərazisində keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Paytaxtın Nizami rayonunda Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın heroin və 32 qram metamfetamin götürülüb.<br>Abşeron rayonunda isə Bakı sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidovun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Sumqayıt şəhərində paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev saxlanılıb. Ondan&nbsp; satışı və istifadəsi qadağan olunan 139 qram müxtəlif adda güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər götürülüb. Abıyevin Bakıda icarə əsasında işlədiyi aptekin ofisindən isə 140 qram həb tapılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.