![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/agbefore.jpg?itok=QrAvN1AQ)
Erməni vandalizminin növbəti təsdiqi 1993-cü il iyulun 23-dən erməni işğalında olan və xarabalığa çevrilmiş Ağdam şəhəridir. Bunu indi ekrana gətirdiyimiz fotolar da təsdiq edir. İşğal nəticəsində 130 minə yaxın Ağdam sakini qaçqın düşüb, 6 minə yaxın sakin şəhid olub. Şəhər, daha doğrusu onun qalıqları 2020-ci il noyabrın 20-də azad edilib.İşğal müddətində ermənilər rayon ərazisində qanunsuz arxeoloji qazıntılar aparıb və tapılan eksponatları Ermənistana daşıyıb.
- Baxış: 136