• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 23.11.2020 09:20

Göygöl və Şəmkirdə bıçaqlanmalar olub

KepezTV Player

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Qızılca kəndindən Daşkəsən rayon sakini, 22 yaşlı Orucov Arzu Lətif oğlu başının və çənə nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 23 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.  Şəmkirdə də analoji cinayət törədilib. Hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. 68 yaşlı Məhəmməd Qasımov qol və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaraları tikilib vəziyyətinin  kafi olduğu bildirilir.Qasımovun da tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.  Faktlarla bağlı araşdırma aparılır.