• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 23.11.2020 18:11

Yeni yaradılan taxıl sortlarının sınaq əkini aparılıb

KepezTV Player

Keyfiyyətli, bol məhsul əldə etmək üçün başlıca şərt sağlam toxumdan istifadə etməkdir. Məhz elə buna görə də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnistitunun əməkdaşları 20-yə yaxın yeni taxıl sortu yaradıblar. İlk dəfə olaraq bu sortların ilk sınaq əkini aparılıb.

Sınaq əkinləri Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Samux rayonunda yerləşən təcrübə əkin sahəsində aparılıb. Yeni yaradılan sortların 4-ü arpa, 2-si bərk, digərləri isə yumşaq buğda sortudur. Bu nəticələr elm adamlarının 14 il ərzində apardıqları elmi təcrübə sayəsində əldə edilib. Yeni yaradılan sortların gələcəkdə təcrübə sahələrindən iri təsərrüfatlara çıxarılması nəzərdə tutulur.

Faiq Xudayev AEİM Əkinçilik ETİ-nin direktoru: Məqsədimiz Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində qərb bölgəsində fəaliyyət göstərən əkinçiliklə məşğul olan fermerlər, eləcə də iri istehsal müəsisələrin diqqətini cəlb etməkdir. Burada nümayiş əkini əkmək və onları aprel-may aylarında bura dəvət etməkdir. Nümayiş əkinində 20-ə yaxın sortları öz gözləri ilə görməsini təmin etmək və sonradan ən yaxşısını onlarla birlikdə seçmək, onların keyfiyyət analizlərini Əkinçilik Elm Tədqiqat İnstitutunda apardıqdan sonra onlara həmin sortların böyük sahələrdə əkilməsini tövsiyyə etməkdən ibarətdir.

Elm adamları tərəfindən laboratoriyada aparılan sınaqlarda bu taxıl sortlarının daha məhsuldar olduğu müşahidə edilib. Respublika sort sınaq komissiyasından icazə də alınıb.

Asif Zamanov AEİM Əkinçilik ETİ-nin direktorunun müavini: Biz yeni sort yaradanda ondan əvvəl yaradılan  sortun məhsuldarlıq və keyfiyyətini əsas tutaraq yeni sortları yaradırıq. Bu sortlar Azərbaycan Respublikası Reysterinə düşəndən sonra keyfiyyət baxımından yüksək məhsul gözlənilir. Biz də bu sortları seçmişik. Eyni zamanda bir sort uzun müddət bir yerdə əkiləndə həmin sort xüsusi xəstəliklərdə əmələ gəlir ki, xəstələnir. Bu sortlarda isə xəstəlik və zərərvericilər çox azdır. Buna görə də yüksək məhsuldarlıq alınması gözlənilir.

Elm adamlarının qarşısında duran əsas vəzifələrdən biri yerli toxum sortlarının yaradılması, xaricdən gətirilən sortların yerli iqlimə uyğunlaşdırılmasıdır.

Cavanşir Bağırov Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru: Bütün Elmi Tədqiqat İnistitutların həttda xaricdən də gətirilən toxumları biz əkib nümayiş etdirə bilərik. Fermerlərlə əlaqələr yaratmaq, onlara göstərmək ki, innavativ texnalogiyyalar tətbiq etməklə yeni sortları tətbiq etməklə yüksək məhsuldarlığı necə əldə etmək olar.

Sınaq əkini aparılan yeni taxıl sortlarına düzgün innovativ qulluq üsülları da Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssislərinə izah edilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnistitunun əməkdaşları vaxtaşırı prosesə nəzarət edəcəklər.