• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 19.11.2020 11:13

Komendant postundan külli miqdarda heroin keçirmək istədi

KepezTV Player

Axşam saatlarında Xırdalan şəhərində qurulan  komendant postlarından birində Bakı sakini Ramin Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Çantadan 1 kiloqram 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, Ramin Babayev tutularaq istintaqa təqdim olunub.