Qəzaların qarşısını almaq, eləcə də yol hərəkəti qaydalarının pozulması hallarınını vaxtında aşkarlamaq üçün respublika əhəmiyyətli yollarda xeyli sayda radarlar və müşahidə kameraları quraşdırılıb. Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda da bu cihazların sayı kifayət qədərdir. Məlumdur ki, radarlar qaydalara əməl etməyən sürücüləri avtomobilin dövlət nömrə nişanı ilə müəyən edir. Ancaq Ağstafadan olan bəzi sürücülər qayda pozuntularını gizlətmək üçün maşını nömrəsiz idarə edirlər. Dövlət Yol Polisi əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti yoxlamada əməkdaşımız Natiq Hüseyn də iştirak edib.
Bəzi sürücülər nömrə nişanının yerinin yararsız hala düşdüyünü, bəziləri avtomobili təcili təmirə apardığını, bir çoxları isə nömrəni yerinə bağlamağı unutduğunu bəhanə gətirir. Ağstafa Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsi əməkdaşlarının rayonun müxtəlif ərazilərində apardıqları yoxlamalar maraqlı görüntülərə səhnə olub.
Nəzarət tədbiri zamanı bir çox sürcülərin nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməsinin əsl səbəbi üzə çıxıb. Sükan sahibləri etiraf ediblər ki, ya avtomobili texniki baxışdan keçirmədiklərindən, ya da sığorta müddəti başa çatdığından bu üsula əl atdıblar.
Yoxlamalar zamanı nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik edən, eləcə də sayrışan işıqlardan istifadə edən sürücülər də saxlanılıb, onların avtomobilləri Dövlət Yol Polioisinin müvəqqəti dayancağına yerləşdirilib. Qaydaları pozan sükan sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb. Dövlət nömrə nişanı yerinə bərkidildikdən sonra avtomobillərin hərkətinə icazə verilib. Bu istiqamətdə yoxlamar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 249