• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 16.11.2020 20:05

Cüdoçumuz medal qazanıb əsgər salamı verdi

KepezTV Player

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığması 4 medal qazanıb. Əldə olunan mükafatlar 1-i gümüş, digərləri bürüncdür. Komandamızın bu uğuruna töhfə verənlər sırasında Gəncə cüdoçusu da olub.

36 ölkədən 328 idmançının yarışdığı qitə birinciliyində 12 cüdoçu ilə təmsil olunan Azərbaycan komandasının heyətində Nizami yurdunun tatami ustası Turan Bayramov fəxri kürsüyə yüksəlib. O, yarışın ilk günündə 60 kq çəki dərəcəsində qüvvəsini sınayaraq bürünc medala layiq görülüb. Turan 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib.

Turan Bayramov uğurunu Müzəffər Azərbaycan Ordusuna həsr edərək medal görüşündən sonra əsgər salamı verib.

Azərbaycan idmançılarının qazandığı medalların çəkisini artıran əldə olunan uğurun məşqlərin və yarışların az keçirildiyi pandemiya dövrünə təsadüf etməsidir. Elə Turan Bayramovun şəxsi məşqçisi də məhz bu amilə diqqət çəkib.

Gələcək üçün ümidverici cüdoçulardan sayılan Turan Bayramov ötən il Avropa Gənclər Yay Olimpiya Festivalının, Avropa birinciliyinin və qitə kuboku uğrunda yarışın qalibi olub.