• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 16.11.2020 16:06

Narkotik əməliyyatları

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıt şəhərində və Abşeron rayonunda əməliyyat keçiriblər. Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Sumqayıtda əvvəllər məhkum olunmuş şəhər sakini Rza Quliyev saxlanılıb, üzərinə baxış zamanı 6 qram qurudulmuş  marixuana aşkarlanıb. Quliyevin Tağıyev qəsəbəsində yerləşən evinə də baxış keçirilib. Oradan 1 kiloqrama yaxın marixuana, 46 qram həşiş, satışı qadağan edilən  10 ədəd tramadol həbi, 1 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyib.<br>Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elnur İbrahimov tutulub. Onun üzərinə baxış zamanı 1 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb. İbrahimov ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar.