• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 16.11.2020 09:05

Qəzada sürücü yaralandı

KepezTV Player

Sürücünün məsuliyyətsizliyi ona baha başa gəldi. Həm sağlamlığından oldu, həm də avtomobilindən.

Kürdəmir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini, 38 yaşlı Süleymanov Əli Kamil oğlu sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı tikiliyə çırpılaraq yarasız hala düşüb. Hadisə zamanı sürücü Əli Süleymanov müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalara aparılır.