• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2257
— 16.11.2020 09:23

Paşinyanın partiyası dağılır

KepezTV Player

Hərbi və siyasi sahədə Azərbaycana məğlub olan ermənistan baş naziri nikol paşinyan ölkəsində də getdikcə daha çətin duruma düşür. Nə danışdığını bilməyən paşinyanın son açıqlaması da ona qarşı yeni cəbhə açıb. baş nazirin partiyasından istefalar başlayıb.

Ermənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib. Məlumata görə,&nbsp;onun istefasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyib.<br>Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V. Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.<br>Bundan başqa Paşinyanın açıqlamasından sonra iki millət vəkili də istefa verdiyini açıqlayıb. Paşinyanın “Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyan mandatından imtina etdiyini söyləyib. Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib.