• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2261
— 13.11.2020 11:58

Ağstafa sakini silahla saxlanılıb

KepezTV Player

Tovuz  Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini Emin Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin 28 yaşlı Niyaməddin Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırmalara başlanılıb. Niyaməddin Məsimov polis tərəfindən saxlanılıb.