• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 13.11.2020 12:10

Qəzalarda ölən və yaralananlar var

KepezTV Player

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Sənan Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə Firuz Rəsulov və sərnişini İman Qurbanov xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Qurbanovun səhhəti isə stabildir. **Gəncədə yol qəzası törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü saxlanılıb. Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə velosipedlə yolu keçən Gəncə şəhər sakini vurularaq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “VAZ-21214” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Məmmədov müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.