• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1952
— 12.11.2020 11:58

Qadını əri qətlə yetirib

KepezTV Player

Saatlıda qətl hadisəsi baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, Orta Muğan kənd sakini 27 yaşlı Əliyeva Aynur Asif qızı bıçaqlanaraq öldürülüb. Araşdırmalarla zərərçəkmişin əri 33 yaşlı Şirinov Qadir Əyyub oğlu tərəfindən aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilərək qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.