• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 937
— 11.11.2020 16:42

Qələbə bayram edilib

KepezTV Player

Naftalan şəhər sakinləri döyüş meydanında qələbə qazanan Azərbaycan Ordusuna dəstəklərini nümayiş etdiriblər. Cəmi 44 günlük qəhrəmanlıq dastanı ilə düşmənin kürəyi yerə vuruldu, dünya Azərbaycanın gücünü gördü. Naftalanlılar bu tarixi zəfəri böyük coşqu ilə qeyd ediblər. Heydər Əliyev Parkına toplaşan şəhər sakinləri əvvəlcə Dövlət Himnini səsləndiriblər. Azərbaycanın həm hərb, həm də siyasət meydanın öz gücünü bütün dünyaya nümayiş etdirdiyi vurğulanıb. Qələbəyə sevinən naftalanlılar qol götürüb oynayıblar. Daha sonra Azərbaycanın üçrəngli bayraqları ilə bəzədilmiş avtomobillərlə şəhər küçələrində yürüş keçirilib.