• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 11.11.2020 16:45

Etiraz aksiyalarına əlavə polis qüvvələri cəlb olunur

KepezTV Player

Ermənistanın paytaxtı İrəvanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb. Onlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri də olub. Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəfli bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildiriblər. Etirazlar hazırda da davam edir. İrəvana əlavə polis qüvvələri cəlb olunur.