• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 11.11.2020 16:47

Bakı və Türkiyədə ağacəkmə aksiyası olub

KepezTV Player

Türkiyədə Milli Ağaclandırma Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi aksiyaya canlı yayım vasitəsilə Baş nazir Əli Əsədov, Xarici İşlər naziri Ceyhun Bayramov və Azərbaycanda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu qoşulublar. Aksiya çərçivəsində Bakıda 11 min ağac əkilib. Əkilən tinglərin əksəriyyəti zeytun tingləridir.“Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində “Bu gün ağac, sabah nəfəs” şüarı ilə keçirilən aksiyada Türkiyədə 11 milyon ağac əkilib. Ərdoğan qeyd edib ki, Türkiyə xalqı qardaş Azərbaycanın yaşadığı həyəcanı bu günlər ərzində yaşayıb.