Müzəffər Azərbaycan Ordusunun Şanlı Qələbəsi münasibəti ilə Şəmkirdə silsilə tədbirlər davam etdirilir. Ötən gecə rayonda geniş konsert proqramı təşkil olunub. Konsertdə yaşanan maraqlı anlar və sakinlərin bayram əhvalından əməkdaşımız natiq Hüseyn danışacaq.
Bəli Qarabağ Azərbaycandır! Bu şüarı əldə rəhbər tutan Şəmkirlilər bu gün rayonun Bayraq Meydanında Qələbə sevincini, Qələbə bayramını qeyd edirlər. Şəmkirlilər hamılıqla Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlıq ifadə edirlər.
Şəmkir şəhərindəki Bayraq meydanına axışan rayon sakinləri “Yaşasın Ali Baş Komandan!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan Ordusuna eşq olsun!", "Qələbə bizimdir!" kimi şüarlar səsləndiriblər. Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar ifa edilib, şeirlər söylənilib. Şəmkirlilər əsl qələbə sevinci və qürur hisslərini onlara yaşatdığına görə Müzəffər Ali Baş Komandana təşəkkürlərini bildiriblər.
Şəmkir sakini: “Allaha çox şükür. Qarabağ alındı. Bütün əsgərlərə cansağlığı arzu edirəm. Sevinirəm, Allah prezidentimizin canına cansağlığı versin. Dünya durduqca, o da dursun”.
Şəmkir sakini: “30 ildir bu günü gözləyirik. Allah şəhidlərimzə rəhmət etsin! Cənab Prezidentimizin canı sağ olsun. Çox sağ olsun millətimiz də, ordumuz da”.
Şəmkir sakini: “Sevincimizin həddi-hüdudu yoxdur. Çox sevinirik. Qarabağ Azərbaycandır! Çox xoşbəxtik. Bu gün ən gözəl gündür”.
Şəmkir sakini: “Ali Baş Komandanımıza cansağlığı arzu edirəm. İgidlərimizin canı sağ olsun. Yaxşı kı, varsınız, yaxşı kı, bizi qorudunuz. Sevincimizin həddi-hüdudu yoxdur. İgid Ordumuza eşq olsun. Eşq olsun bizim humanist dövlətimizə. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan xalqına!”
Bayram tədbirində çıxış edənlər tarixi qələbənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Şəmkirli gənclərin də döyüşlərdə böyük şücayət göstərdikləri fəxrlə qeyd olunub.
Alimpaşa Məmmədov - Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı: “Bu, otuz ilin müharibəsi deyil. Bacı və qardaşlarım, bu, 200 ilə dayanan bir müharibədir.
Bayram tədbiri atəşfəşanlıqla yekunlaşıb.
Natiq Hüseyn
- Baxış: 123