Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Məlumatlar “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində əldə edilib. Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər dəyib.<br>Dövlət tərəfindən qeydə alınan 903 abidə arasında həm yerli və regional, həm də beynəlxalq əhəmiyyətli abidələr var. Həmçinin bu ərazidə 1647 dövlət qeydiyyatında olmayan abidə yerləşir. Abidələrə vurulan ziyanın milyardlarla ABŞ dolları həcmində olduğunu bildirilir.
- Baxış: 125