• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 11.11.2020 11:57

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

KepezTV Player

Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazir Zakir Həsənov ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə Hulusi Akarı Türkiyənin Quru qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələr komandan Həsən Küçükakyüz müşayiət edib. Hulusi Akar "əldə olunan nəticə bizi xoşbəxt etdi, bu bir oyanışdır, Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etdiniz" deyib. Müdafiə nazirləri bir-birlərini qucaqlaşaraq təbrik ediblər.