• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 10.11.2020 10:49

Prezident İlham Əliyev xalqa müraciət etdi

KepezTV Player

"Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur". Bizim illərdir gözlədiyimiz, illərdir eşitmək istədiyimiz o kəlmələri Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün səsləndirdi. Böyük qələbə, şanlı zəfər Azərbaycan tarixinin 10 noyabr 2020-ci il səhifəsinə yazıldı.

Dövlət başçısı xalqa müraciətində vurğulayıb ki, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Bütün yaralı hərbçilərimizə şəfa diləklərini çatdıran Ali Baş Komandan qeyd edib ki, hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Dövlət başçısı imzalanan sənədin əhəmiyyətinə toxunaraq "Bu bəyanat bizim şanlı qələbəmizdir" deyib.

Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Ali Baş Komandan vurğulayıb ki, məsələnin həlli artıq təmin edilib. Əgər Ermənistan atəşkəsə əməl etsə, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf dayanmasa, biz də dayanmayacağıq.