KepezTV Player
Bu qələbə, Azərbaycanın bu şanlı zəfəri bu gün respublikamızın hər bölgəsində, hər şəhərində, hər kəndinə böyük coşqu ilə, böyük sevgi ilə qeyd olunur. O cümlədən də tarixin sınağından çıxmış, Cavad xan yurdu Gəncədə. O Gəncəki bu Vətən müharibəsində bir neçə dəfə mənfur ermənilərin iyrənc təxribatlarına məruz qaldı, dinc sakinləri düşmən atəşinin hədəfi oldu. Bir neçə dəfə raket səsinə oyanan Gəncə bu gecə şanlı Qələbənin coşqusunun səsinə ayıldı. Qələbənin elan olunduğu ilk anlardan şəhər sakinləri bu sevinci birgə bayram etmək üçün küçələrə axışdılar. Əməkdaşlarımız da o dəqiqələrdən bu bayramın coşqusuna qoşulublar. İndi Nərgiz Əhmədqızının hazırladığı o möhtəşəm videomaterialı izləyək.
- Baxış: 179