• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 10.11.2020 08:09

Ermənistan "dağılır"

KepezTV Player

Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistanda iğtişaşlar başlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bəyanatından sonra İrəvanda etirazçılar hökumət binasına giriblər. Binada olan xüsusi xidmət orqanları əməkdaşları etirazçılara müqavimət göstərməyiblər. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər. Etirazçılar parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfəri döyüblər. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabag müharibəsində təslim olmasından sonra paytaxt İrəvanın küçələrində etiraz edənləri divan tutmaqla hədələyib. Paşinyan xalqa müraciətində deyib ki, İrəvandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq. Ermənistanın “Daşnaktsutyun” və bir sıra partiyaları Paşinyanın istefasını tələb edirlər.