Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlara hamı sevinir. Ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də. Əməkdaşlarımız 50 ildən artıqdır Qazax rayonunda yaşayan Belarusiyalı bir xanımın ailəsində qonaq olub və ailənin qələbə sevincinə şahidlik ediblər.
Olya Əliyeva 1964-cü ildə ailə qurararaq Belarusdan Qazax rayonuna gəlib. Həyat yoldaşı Vaqif Əliyevin böyüyüb boya-başa çatdılğı Daş Salahlı kəndində yaşayan xanım bu günədək ölkəmizlə bağlı xoş xatirələrinin yaddaşalara həkk olunduğunu deyir. Olya Əliyeva erməni təxribatlarını qətiyyətlə pisləyir və Azərbaycan ordusu tərəfindən işğal atındakı torpaqlarımızın ardıcıl şəkildə azad olunacağına əminlik ifadə edir.
Olya Əliyeva Qazaxın belaruslu sakini:Oktyabr ayında mənim doğum günüm idi. Həmin gün Azərbaycan ordusu Cəbrayıl rayonunu işğaldan azad etdi. Mən hələ öz doğum günümü belə bir sevinclə qeyd etməmişdim. Bu sevinci isə mənə prezident İlham Əliyev və Azərbaycan əsgərləri bəxş etdi. Sevinc hissləri ilə qələbə xəbərlərini arda-arda gəlməkdədir.
Olya Əliyevanın övladları da müharibə iştirakçısı olublar. Onlar da ordumuzun gücünə və qüdrətinə inanırlar. Elə bu inamla da işğal altında olan torpaqlarımızın tam azad olunacağına əmindirlər.
Vitali Əliyev Qazax sakini: Ağdərədə Erməni faşistlərini görmüşəm. Döyüşdən onların necə qaçdığını, xəstələri necə yolda qoyduğunu görümşəm. Yəni erməni faşistlərində nə elə hünər yoxdu, nə güc yoxdu ki bizim bu gözəl balalarımızın qarşısında dura.
Valeh Əliyev Qazax sakini:Hər gün cənab prezidnetimizin çıxışına baxıram. Gecə saat 2-3-ə qədər onu izləyirəm. Gözəl sözlərini eşidirəm. Hər gün qələbə müjdəsini eşidirik.
Respublikamızın digər şəhər və rayonlarında olduğu kimi Qazaxda da müxtəlif xaqların nümayədələri yaşayır. İllərdir rahat və təhlükəsiz yaşayab yaradan bu ailələr Azərbaycanı tolerant bir ölkə kimi tanıyır və dəstəkləyirlər.
- Baxış: 143