Beynəlxalq aləmdə qəbul olunan qaydalara əsasən, bayraq iki halda yüksəlir, ən ucada zirvədə dalğalanır. Bir dövlət başçılarının iştirak etdiyi səfərlərdə və ya tədbirlərdə, bir də idmançıların uğur qazandığı yarışlarda. Bu zaman hamının diqqəti bayrağa yönəlir, kimliyindən asılı olmayaraq hər kəs səssiz duruşu və dövlət atributuna yönələn baxışları ilə hörmət etmək məcburiyyətində qalır.
Azərbaycanı və onun şanlı bayrağını illərdi ki, dünyada tanıdan,dalğalandıran Gəncə idmançıları Dövlət Bayrağı Günü kimi bayrama sevinən, bu özəl günə uğurlarla, nailliyyətlərlə dəyər verərənlər sırasındadırlar.
Kikboksinq üzrə dəfələrlə dünya çempionu Elnur Salamovun indi bütün diqqətin torpaqlarımızı düşməndən təmizləyən Azərbaycan Ordusuna yönəldiyini, Azərbaycan bayrağını azad edilmiş yerlərə sancan Silahlı Qüvvələrimizin tarix yazdığını bildirir.
Dəfələrlə beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, dövlət himnini səsləndirən əməkdar məşqçinin yolunu bu gün yetirmələri davam etdirir. Əslən Kəlbəcərdən olan Elxan Əliyev belə idmançılardan biridir. Məcburi köçkün həyatı yaşayan Dünya və Avropa çempionatlarının mükafatçısı Dünya Kuboku və 11 peşəkar döyüşün qalibi kimi daim rinqə Azərbaycan bayrağı ilə çıxaraq respublikamızı layiqincə təmsil edib.
Elnur Salamovun titullu daha bir yetirməsi Nurlan Əliyev məşq zalını döyü meydanına dəyişməyə hazır olduğunu vurğulayıb.
Ulu öndər Heydər Əliyevin məqamına düşən bir kəlamı var: “Azərbaycanın idman şərəfini qorumaq səngərdə Vətən torpağını qorumaq qədər şərəfli bir işdir”.
- Baxış: 909