• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 09.11.2020 20:40

​Azərbaycan ordusu bu gün cəbhənin müxtəlif istiqəmətlərində düşmənə sarsıdıcı zərbələr endirib

KepezTV Player

Azərbaycan ordusu bu gün cəbhənin müxtəlif istiqəmətlərində düşmənə sarsıdıcı zərbələr endirib. Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilən və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Cəbhənin Xocavənd istiqamətində düşmənin atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi də bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Azərbaycan Ordusunun cəbhənin bu istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılıb.

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı da davam edib. Bu gün Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.